#Children's Rights
Target:
Azərbaycan Respublikası Milli Məclisinə
Region:
Azerbaijan
Website:
www.facebook.com

Son günlər Azərbaycanda azyaşlılara qarşı baş verən zorakılıq halları ictimiyyətin müxtəlif təbəqələrini ciddi narahat edir. Sadə vətəndaş Müşfiq Hüseynov da körpələrin öldürülməsinə biganə qalmayıb.

Vətəndaş baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya
Azərbaycan Respublikasının vətəndaşı Müşfiq Hüseynov tərəfindən Açıq məktub

Hörmətli cənab prezident!
Hörmətli Mehriban xanım!

Bir vətəndaş kimi sizin gənc Azərbaycan dövlətinin inkişafı üçün göstərdiyiniz səylər qürurvericidir. Ölkəmizin yüksəlişi naminə gördüyünüz bütün işlərdə yanınızdayıq. Düşünürəm ki, vətəndaşlıq borcu yaşadığımız cəmiyyətin problemlərindən narahatlıqları yalnız tənqidi formada dilə gətirmək yox, çözümə yönəlik təşəbbüslər irəli sürməkdir. Son dönəmlər Azərbaycanda məişət zorakılığının artması, xüsusən uşaqların qurbana çevrilməsi çoxları kimi məni də narahat edir. Uşaqlar bizim gələcəyimizdir və onları qorumaq, sağlam, azad, təhlükəsiz böyüməsi üçün şərait yaratmaq həm dövlətin, həm vətəndaşların ortaq vəzifəsidir. Naxçıvanda 4 yaşlı körpənin zorlanması, Lənkaranda 6 günlük körpənin amansızlıqla öldürülməsi artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılmasının, cəza tədbirlərinin sərtləşdirilməsinin vacibliyini ortaya çıxarıb. Hər bir sağlam düşüncəli insan bu dəhşətli cinayətin şokundadır. Vətəndaşlar övladlarının təhlükəsizliyi üçün ciddi narahatlıq keçirirlər. Belə neqativ faktlar cəmiyyətdə uşaqlara yönəlik cinayətlər üçün cəzaların sərtləşdiyilməsi tələblərini ortaya çıxarıb. Sizin ölkəni humanism prinsiplərinə söykənərək idarə etdiyiniz bəllidir. Hakimiyyətiniz illərində dəfələrlə cinayət törədən şəxsləri cəzadan azad etməyiniz buna sübutdur. Ancaq elə cinayətlər var ki, onlara qarşı ən sərt tədbirlər görülməlidir. Bu sırada da öncə azyaşlılara qarşı olan cinayətlər dayanır. Azərbaycan sivil dünyanın bir parçasıdır və biz inkişaf etmiş cəmiyyətlərin uşaqlara qarşı törədilən cinayətlərdə necə prinsipial mövqe tutduqlarının, sərt qərarlar qəbul etdiklərinin şahidiyik. Azərbaycan qanunlarına görə isə, uşaqlara qarşı cinayət törədən şəxlslər 5-6 il həbs cəzasından sonra yenidən cəmiyyətə qayıda bilirlər. Cəzanın fəlsəfəsində onu törədən şəxsin cəzalandırılması ilə yanaşı, insanları belə cinayətlərdən çəkindirmək də dayanır. Fikrimcə, uşaqlara qarşı cinsi zorakılıq törədən şəxslər ən sərt şəkildə cəzalandırılmalıdır. Belə məhbusların ömürlük həbslə dövlət hesabına yaşamağını təmin etməkdənsə onların kimyəvi yolla axtalanması daha ədalətli olar.
Sizdən xahiş edirəm, ictimai tələbləri nəzərə alaraq gənc Azərbaycan vətəndaşlarının sağlam və təhlükəsiz böyüməsi naminə Azərbaycan Respublikası CM-nin uyğun bəndinə dəyişiklik olunması üçün Milli Məclis qarşısında məsələ qaldırasınız”.

M.Hüseynov Modern.az-a onu bu müraciəti yazmağa vadar edən səbəblərin əndazəni aşdığını bildirib:

“Məni bu müraciəti yazmağa vadar edən əndazəni aşan faktlar oldu. Mən işimlə əlaqədar tez-tez Qazaxıstan Respublikasında oluram. Yaxın günlərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev belə bir qanun imzaladı.

Avropaya aidik, insan haqları deyilən bir şey var, razıyam. Amma biz azərbaycanlılar uşaqlara başqa gözlə baxırıq. Onlar bizim gələcəyimizdir, onları qorumaq boynumuzun borcudur. Yoxsa belə faktlar arta-arta gedəcək. Bundan başqa təklif edirəm ki, respublika ərazisində porno saytlara və şiddət təbliğ edilən oyun saytlarına giriş yasağı qoyulsun. Gənclərimizin və uşaqlarımızın gələcəyini, psixologiyasını qorumaq üçün bunlar olunmalıdır”.

Uşaqlara qarşı cinsi zorakılıq törədən şəxslər ən sərt şəkildə cəzalandırılmalıdır. Belə məhbusların ömürlük həbslə dövlət hesabına yaşamağını təmin etməkdənsə onların kimyəvi yolla axtalanması daha ədalətli olar.
Sizdən xahiş edirəm, ictimai tələbləri nəzərə alaraq gənc Azərbaycan vətəndaşlarının sağlam və təhlükəsiz böyüməsi naminə Azərbaycan Respublikası CM-nin uyğun bəndinə dəyişiklik olunması üçün Milli Məclisin novbəti sessiyasının gündəliyinə salınmasını tələb edirik.

GoPetition respects your privacy.

The PEDOFİLLƏR AXTALINSIN! petition to Azərbaycan Respublikası Milli Məclisinə was written by Elchin Mukhtarli and is in the category Children's Rights at GoPetition.