- Target:
- Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
- Region:
- Azerbaijan
Azərbaycan ordusunda özbaşınalıq halları və müəmmalı əsgər ölümlərinə son qoyulması üçün təcili tədbirlər görülsün.
Son illər Azərbaycan ordusunda özbaşınalıq halları və müəmmalı əsgər ölümləri sürətlə artmaqdadır. Bu gün (9 yanvar 2013-cü il) mətbuatda çıxan daha bir ölüm xəbəri bütün ölkəni dərin hüznə qərq etmişdir. Xəbərdə bildirilir ki, Abşeron rayonundan hərbi xidmətə aparılan Ceyhun Zaman oğlu Qubadov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişib. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub. Əsgərin anası Samirə xanım isə “Azadlıq” qəzetinə deyib ki, oğlu hərbi hissədə döyülərək öldürülüb.
Mərhumun yaxınları “Azadlıq”a meyitin morqda lentə alınmış görüntülərini də təqdim ediblər. Video və fotolardan da görünür ki, mərhumun üzərində ciddi xəsarət izləri var.
Biz, burada imza atanlar Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət edərək, bununla bağlı dərin narahatlığımızı çatdırır və bu problemə diqqət ayrılmasını, problemin təcili şəkildə həll olunmasını istədiyimizi bildiririk.
You can further help this campaign by sponsoring it
The Orduda özbaşınalıqlara və müəmmalı əsgər ölümlərinə son qoyulsun! petition to Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə was written by Azərbaycan Xalqı and is in the category Military at GoPetition.