#Politics
Target:
Council of Europe Parliamentary Assembly
Region:
GLOBAL

Elektron KİV-lərdə və sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyası şurasının üzvü, deputat Gülər Əhmədovanın Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə rüşvət müqabilində parlamentin üzvü olacağına dair yayılan rüsvayçı video görüntülər Azərbaycan parlamentinə seçkilərin saxta keçirildiyi, parlamentə düşəcək namizədlərin siyahısının seçkilərdən öncə ali icra hakimiyyəti tərəfindən hazırlandığı, hakimiyyətə sərf edən adamların parlamentə seçdirilməsi və seçkilərdə xalqın səsinin oğurlanması ilə bağlı ictimai rəyi həqiqət olduğunu bir daha təsdiq etdiyi üçün hesab edirik ki, saxtakarlıq yoluyla yaradılmış parlament qeyri-legitimdir.

MÜRACİƏT

Kimə:
Avropa Parlament Assambleyasının Şurasına
Amerika Birləşmiş Ştatlarının Kongresinə
Avropa İttifaqının Nazirlər Şurasına
ATƏT-in İnsan Haqları və Demokratik Təsisatları Ofisinə

Azərbaycanın “Satışa qoyulmuş Parlamenti” buraxılmalıdır

Hörmətli Xanım/Cənab,

2012 il Sentyabrın 29-da elektron KİV-lərdə və sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyası şurasının üzvü, deputat Gülər Əhmədovanın Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə rüşvət müqabilində parlamentin üzvü olacağına dair yayılan rüsvayçı video görüntülər bizlərdə şok effekti yaradıb.
Videogörüntülərdən aydın olur ki, bir universitet rektoru, bir deputat və bir kitabxana müdiri arasında Milli Məclisə deputat seçilməsi ilə bağlı pul sövdələşmələrindən söhbət gedir. O da aydln olur ki, həmin danışıqlarda küllü miqdarda pul müqabilində deputat seçilmək üçün universitet rektorunun adının prezident aparatının hazırladığı siyahıya salınacağı vədi verilir.

Bu videogörüntülər Azərbaycan parlamentinə seçkilərin saxta keçirildiyi, parlamentə düşəcək namizədlərin siyahısının seçkilərdən öncə ali icra hakimiyyəti tərəfindən hazırlandığı, hakimiyyətə sərf edən adamların parlamentə seçdirilməsi və seçkilərdə xalqın səsinin oğurlanması ilə bağlı ictimai rəyi həqiqət olduğunu bir daha təsdiq etdi.

Biz, bu Müraciət altında imzamızı qoyan şəxslər ölkədə cərəyan edən bu saxtakarlıq praktikasını qəti şəkildə qınayırıq. Həmçinin hesab edirik ki, saxtakarlıq yoluyla yaradılmış parlament qeyri-legitimdir.

Ona gorə ölkəmizdə saxtakarlıqla formalaşdırılmış qeyri-legitim parlamentin buraxılması, təcili seçki islahatları və ardınca yeni parlament seçkilərinin keçirilməsini tələb edirik.

Hörmətli Xanım/Cənab,

Biz səsinizin Azərbaycanda demokratiyanın dəstəklənməsi naminə ucaldılmasını, qeyri-legitim Parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi tələbimizlə bizimlə həmrəy olduğunuzu Sizdən xahiş edirik.

------------------------------------------------------------

APPEAL

To: Council of Europe Parliamentary Assembly;
The United States Congress
Council of Ministers of the European Union;
OSCE Office for Democratic Institutions and Human Rights

AZERBAIJANI “PARLIAMENT FOR SALE“ SHOULD BE DISMISSED

Dear Sir/Madam,

On September 29, 2012 disgracing video clip on political corruption was spread in electronic media and social networks of Azerbaijan and caused a shock to our society. In the video clip a member of the board of the ruling New Azerbaijan Party (YAP in Azeri), MP Guler Ahmadova talks with Elshad Abdullayev, former president of Azerbaijan International University, about including him into the Parliament as a MP for a bribe of USD 1 million.
From this video it is getting clear that some President of a university, some Member of Parliament and some Library Director are talking about the bribe connected with the elections of MP to the Parliament in 2005. Also it is getting clear that it deals with the promise of inclusion this University President into the list of MP which was prepared by President Administration for enormous amounts of money.

This video one more time is proving a false of parliamentary elections in our country, a preparation of list of MP by the supreme executive power before the elections and the theft of the people’s votes.

We, undersigned, strongly condemn the fraud that took place in the elections to the country Parliament. Also, we believe that the Parliament which has been established through the fraud is illegitimate.

Dear Sir/Madam,

We ask you to raise your voice in support of Azerbaijani democracy and be together with us in our demand of the dissolution of the illegitimate Parliament, and conduct the new parliamentary elections.

GoPetition respects your privacy.

The Azərbaycanın “Satışa qoyulmuş Parlamenti” buraxılmalıdır petition to Council of Europe Parliamentary Assembly was written by Tahir and is in the category Politics at GoPetition.